Cinayətkar şəbəkələrin gəliri 870 milyard dollar olub

Beynəlxalq cinayətkar şəbəkələrin illik dövriyyəsi 870 milyard dollardır. BMT-nin Narkotiklər və Cİnayətkarlıqla Mübarizə İdarəsinin hesabatına görə, bu rəqəm dünyada bir il ərzində edilən beynəlxalq yardımlardan 6 dəfə çoxdur, dünyanın Ümumi Daxili Məhsulunun isə 1.5 faizidir.