Altı ayda bir tona yaxın ərzaq məhsulu məhv edilib

2012-ci ilin yanvar-iyun aylarında 57 ixtiraya patent, 70 müəssisəyə lisenziya verilib - bu rəqəmlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yarım illik hesabatında göstərilib.

Komitənin hesabatına əsasən, ötən altı ayda 29 yanacaq doldurma, 5 maye-qaz doldurma məntəqəsinə, 4 alkoqollu içki, 1 əlvan metal, 1 neft məhsullarının istehsalı və 30 tibbi müəssisəyə lisenziya verilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin hesabatında həmçinin göstərilir ki, altı ayda 98 standart təsdiq olunub, onlardan 80-i sürücü və sərnişinlərin təhlükəsizliyi ilə bağlı olub.

2012-ci ilin I rübündə yoxlamalar nəticəsində 260 kq kolbasa, 540 litr meyvə şirəsi, 131 kq süd məhsulları məhv edilib. Ən çox nöqsanlar süd və süd məhsulları, şirniyyat və kolbasa məmulatlarında aşkar edilib.