Partlayışda ölən israilli turistlərin sayı 7-ə çatıb

İsraildən olan turistləri Bolqarıstanın Burgas şəhəri aeroportunda aparan avtobusda baş verən partlayışda ölənlərin sayı 7-ə çatıb. 13-dən çox adam yaralanıb.

Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov İsrailin xarici işlər naziri Avigdor Libermana bildirib ki, partlayıcı maddə avtobusa qoyulubmuş. Mladenov bildirib ki, cinayətkarın tutulması üçün Bolqarıstan mümkün olan hər şeyi edəcək.

İsrailin baş naziri Benyamin Netanyahu partlayışa görə İranı ittiham edib.
İsraildən olan turistləri Burgas hava limanına aparan avtobus iyulun 18-də axşam saatlarında partladılıb.