Yəmənin Aden şəhərində polis rəisi öldürülüb

Yəməndə Aden şəhərinin polis rəisi öldürülüb.

Onun maşınına bomba qoyulubmuş.

Hadisə polkovnik Abdul al Muzai evdən işə gedərkən baş verib.

Bunadək ona 3 dəfə suiq-qəsd edilmişdi.

Hakimiyyət hesab edir ki, qətlin arxasında əl Qaidə durur.