ATƏT həmsədrləri Dağlıq Qarabağdakı seçkiləri pisləmir

ATƏT-in Mİnsk qrupunun həmsədrləri

-
ATƏT-in Minsk qrupunun həmsədrləri – Robert Bradtke (ABŞ), Igor Popov (Rusiya), Jacques Faure (Franca) iyulun 19-da Dağlıq Qarabağda keçirilən «prezident seçkiləri» ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyəti üçün öz əhalisinin ictimai həyatını bu prosedur vasitəsilə demokratik şəkildə təşkil etmək cəhdinin vacibliyini qəbul edir. Ancaq nə ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən heç biri, nə də dünyanın istənilən ölkəsi Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanıyır.

Həmsədrlər bildirir ki, iyulun 19-da keçirilən prosedur heç bir halda Dağlıq Qarabağın yekun hüquqi statusunu və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair aparılan danışıqların nəticəsini müəyyən etmir.