Ağdam rayonunun işğalından 19 il keçir

Ağdamın mərkəzi prospektlərindən biri

1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun əksər hissəsini zəbt edib.
Ağdam şəhəri 80 kəndlə bir yerdə işğal altındadır. 130 minə yaxın ağdamlı indi məcburi köçkündür.
Ağdam uğrunda döyüşlərdə Azərbaycan tərəfdən 6 mindən çox adam həlak olub.
İşğal nəticəsində rayona 13 milyard ABŞ dollarından çox ziyan dəyib.
Hazırda rayonunun inzibati mərkəzi Quzanlı kəndində yerləşir.

MÖVZU İLƏ BAĞLI REPORTAJLAR YAXIN SAATLARDA SƏHİFƏDƏ OLACAQ