Dövlət Neft Fondu London, Moskva və İstanbulda ofislər alır

London

-
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Avropa və Asiyanın mərkəzi şəhərlərində yerləşən ofis tipli daşınmaz əmlaka investisiya yatırmaq niyyətindədir.

ARDNF-dan APA-ya bildiriblər ki, bu il daşınmaz əmlak bazarının öyrənilməsi məqsədilə Fondun əməkdaşları London, Paris, Roma, Moskva və İstanbul şəhərlərinə səfər ediblər. Həmin şəhərlərdə müxtəlif daşınmaz əmlak obyektlərinə baxılıb.

«Hazırda London, Paris, Roma, Moskva və İstanbul şəhərlərindən əlavə olaraq, Sinqapur, Malayziya və İndoneziya kimi ölkələrin mərkəzi şəhərlərində də müxtəlif daşınmaz əmlak obyektləri nəzərdən keçirilir», - deyə məlumatda qeyd olunur.