Sergey Narışkin Yerevanda Qarabağdan danışıb

Sergey Narışkin

Sergey Narışkin

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət irəliləyiş olacağına ümidlə yanaşır.

ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bunu Rusiya Dövlət
Dumasının sədri Sergey Narışkin Ermənistan Milli Elmlər Akademiyasında çıxış edərkən deyib.

O qeyd edib ki, Rusiya münaqişənin dinc və tərəflər üçün məqbul həlli istiqamətində vasitəçilik missiyasını davam etdirəcək.