7 Azərbaycan əsgəri yol qəzasında yaralanıb

Foto arxiv

Qubada hərbi maşının artması nəticəsində 7 Azərbaycan əsgəri yaralanıb.

Hadisə bu gün saat 15:30 radələrində Quba-Xınalıq yolunun 38 km-də, Qiriz Dəhnə kəndi ərazisində baş verib.

Əsgərlərdən 3-ü Quba rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə götürülüb.

Amma yaraları yüngüldür.

Hərbçilər hərbi təlimdən qayıdırmışlar.

Araşdırmalar davam edir.