Baş nazirin müavini: «Azərbaycan işğal edilən torpaqları azad etməyə hazırlaşır»

Əli Həsənov

-
«Azərbaycan dövləti işğal edilən torpaqları azad etməyə hazırlaşır. Torpaqların azad edilməsində dövlət Ermənistana heç bir güzəştə getməyəcək».

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov verib.

«Ermənistan gec də olsa bu gün ayılsa və düz yola gəlsə, ola bilər ki, danışıqlarda hər hansı bir razılıq əldə olunsun. Dövlət, prezident verdiyi sözün üstündə durur. Ermənistan qeyri-konstruktivliyini davam etdirərsə, Ali Baş Komandanın əmri ilə yaxın zamanlarda öz torpaqlarımızı azad edəcəyik. Hazırda isə hökumət azad olunmadan sonrakı prosesə hazırlıqlara başlayıb. Bu qayıdış proqramıdır, dəymiş ziyanın hesablanması və digər məsələdir. Biz buna hazır olmalıyıq», - deyə Ə.Həsənov vurğulayıb.