Özbəkistanda insan haqları fəalı Akromhoja Mukhiddinov paytaxt Daşkəndin şimalında Tinchlik rayonunda bıçaqlanaraq qətlə yetirilib. Bu barədə onun həmkarları AzadlıqRadiosuna məlumat veriblər.
Xəbərə görə xanım insan haqları müdafiəçisinə iyulun 25-də 3 kişi günorta saatlarında hücum edib.
İnsan haqları fəalları polisin şübhəliləri saxladığını bildirsələr də Daxili İşlər Nazirliyi hələlik xəbəri təsdiqləmir.
59 yaşlı Mukhiddinov son 7 ildə Özbəkistanda İnsan Haqları Alyansı ilə əməkdaşlıq edirmiş. O, əsasən yerli fermerlərin hüquqlarının müdafiəsi ilə məşğul olub.