Yük qatarı yanıb

-
Azərbaycanda neft daşıyan yük qatarında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə iyulun 27-də axşam saatlarında Hacıqabul rayonu ərazisində qeydə alınıb.

Gürcüstandan Sanqaçal Neft Terminalı istiqaməti ilə hərəkət edən neft çənləri daşıyan yük qatarının elektrovozunun kabinə hissəsi və mühərriki yanıb. Neft çənləri yanmayıb.