QİÇS-lə bağlı beynəlxalq konfrans başa çatıb

Vaşinqtonda QİÇS-lə mübarizəyə həsr edilmiş beynəlxalq konfrans başa çatıb.

Formda gələcək nəsilin bu virusdan azad olması üçün bir sıra tədbirlər görülməsi qərara alınıb, xüsusilə də bu virusun anadan təzə doğulan körpəyə keçməsinin qarşısını almaq.

ABŞ Dövlət katibi Hillary Clinton Vaşinqtonun bu məqsəd üçün 80 milyon dollar ayıracağını bəyan edib.