Andrey Shevcenko siyasətə qoşulub

Andriy Shevchenko

İyulun 27-də karyerasını başa vurduğunu bildirən Ukraynalı futbolçu Andrey Şevçenko siyasətə qoşulub.

Qol.Az-ın məlumatına görə, bunu Şevçenkonun özü açıqlayıb.

O iyulun 27-dən Nataliya Korolevskayanın rəhbərlik etdiyi “Ukrayna – İrəli” partiyasına qoşulduğunu elan edib.

Şevçenko siyası həyatında sosial və idman sahələrinə dəstək göstərəcəyini deyib.

“Ukrayna – İrəli” Partiyası avqustun 1-də parlament seçkilərinə majoritar qaydada qatılacaq namizədlərinin adlarını açıqlayacaq.