ABŞ prezidentliyə namizəd Mitt Romney İsrailə gedib

Mitt Romney Texasda seçicilərlə görüş zamanı, 11Jul2012

ABŞ Respublikaçılar partiyasından prezidentliyə namizəd Mitt Romney İrana qarşı hərbi güc tətbiq edilməsilə bağlı qərarın qəbulunda İsraili dəstəkləyəcək.

Bunu bazar günü Qüdsdə jurnalistlərə görüşdə Romneyin baş köməkçisi deyib.

Belə bir mövqe indiki prezident Barack Obamanın baxışlarına tamamilə ziddir.

Obama İsraili istənilən bu cür addımdan çəkindirməyə çalışır.
Mitt Romneyin bu gün İsrail rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.