İlham Əliyev Heydər Əliyev Mərkəzində olub

-
Prezident İlham Əliyev iyulun 30-da Heydər Əliyev Mərkəzində olub.

Prezidentin rəsmi internet saytında deyilir ki, İlham Əliyev yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı aparılan bərpa işləri ilə tanış olub və müvafiq tapşırıqlarını verib.

İyulun 20-də Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında yanğın olub. Təxminən 1000 kvadrat metr sahə yanıb. Cinayət işi açılıb, Mərkəzi tikən şirkətlərin 3 işçisi həbs edilib.