Prezident Lənkərana gedib

İyulun 31-də prezident İlham Əliyev Lənkəran rayonuna səfər edib.

«AzərTAc»ın məlumatına görə, prezident Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, yenidənqurma işlərindən əvvəl mərkəzin ümumi sahəsi 300 kvadratmetr olub. Hazırda isə binanın ümumi sahəsi üç min kvadratmetrdir.