Amerikanın məşhur yazıçısı Gore Vidal vəfat edib

Amerikanın məşhur yazıçısı və siyasi şərhçisi Gore Vidal dünən gecə Los Ancelsdəki evində vəfat edib. 86 yaşlı Vidal uzun müddət idi pnevmoniya xəstəliyindən əziyyət çəkirdi.
Myra və Burr da daxil olmaqla Gore Vidal 25 roman müəllifi olub. O həm də tanınmış siyasi şərhçi idi.

Gore Vidal məşhur ədəbiyyatçı idi, medya ona tez-tez müraciət edirdi.

Vidal ilk kitabını 19 yaşında yazmışdı. İkicinslilik mövzusunda qələmə aldığı ikinci kitabı - “Şəhər və duz” böyük müzakirələrə və mübahisələrə səbəb olmuşdu. O vaxt bəzi kitab satıcıları bu kitabı satmaqdan imtina etmişdi. Yazıçı 50-ci illərdə qınaq obyekti olduğundan müxtəlif imzalarla yazmaq məcburiyyətində qalmışdı. 50-ci illərin sonunda isə yenidən öz imzası ilə yazmağa başlamışdı.

Gore Vidal 1925-ci ildə doğulmuşdu. Ailəsi ABŞ-ın siyasi elitasından idi. Babası senator, atası isə Franklin D Rooseveltin prezidentliyi dövründə hava naziri olmuşdu.