Əfqanıstanda 4 dinc sakin öldürülüb

Vardaq əyalətinin rəsmisi Shahidullah Shahidin məlumatına görə onlar dünən axşam
Kabildən Dalrez rayonuna gedərkən yolda oğurlandıqdan sonra öldürülüblər.

Onların cəsədlərini yerli sakinlər aşkar ediblər.

Ötən həftə əyalətdə eyni yolla təhlükəsizlik xidmətinin 5 əməkdaşı da öldürülüb.

Bu hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.