Putin Londonda Suriyanı müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin avqustun 2-də Londona işgüzar səfərə gedir.

O səfəri zamanı Olimpiya oyunlarını da izləyəcək.

Putinin Suriya məsələsi ilə bağlı Britaniyanın baş naziri David Cameronla görüşü gözlənir.

Onlar həmçinin ikitərəfli iqtisadi və ticarət əlaqələrini, o cümlədən enerji məsələlərni də müzakirə edəcək.

Son 9 ildə Rusiya prezidenti ilk dəfədir ki, Londona səfər edir.