Əfqanıstandakı NATO qüvvələrinin komandanı Pakistana gedib

Əfqanıstandakı NATO qüvvələrinin baş komandanı John Allen bu gün Pakistana gedir.

O Pakistanın müdafiə naziri Ashfaq Parvez Kayani ilə görüşəcək.

Tərəflər Pakistan-Əfqanıstan sərhəddində təhlükəsizlik sahəsində vəziyyətin yaxşılaşdırılmasını müzakirə edəcəklər.

Bu Pakistanın Əfqanıstandakı NATO qüvvələrinin ərazisindən təhcizatını bərpa etməsindən sonra amerikalı generalın İslamabada ilk səfəridir.

Pakistan NATO-nun hava zərbəsi nəticəsində 24 əsgərinin ölümünə etiraz olaraq nəqliyyat dəhlizini bağlamışdı.