BMT Şimali Koreyaya hümanitar yardım göndərib

Ümumdünya Ərzaq Proqramı Təşkilatı Şimali Koreyaya hümanitar yardım göndərib.

Bu barədə BMT-nin rəsmi saytı məlumat verir.

Kampaniyada məqsəd daşqın və qasırğadan zərər çəkmiş əhaliyə yardım etməkdədir.

Təbii fəlakət nəticəsində 120 nəfər ölüb, 80 mindən çox adam evsiz qalıb.

BMT-nin məlumatına görə, daşqın 45 min hektardan artıq ıkin sahəsini məhv edib.

BMT-nin uşaq fondunun rəhbəri rəhbəri Patrik Makkormik Şimali Koreya rəhbərliyini təbii fəlakətin vurduğu fəsadları aradan qaldırmaq üçün beynəlxalq təşkilatlarla əməkdaşlığa çağırıb.