Olimpiadaçıların sonuncu qrupu Londona getdi

London 2012

Azərbaycan olimpiyaçılarının sonuncu qrupu – taekvandoçular və güləşçilər Londona yola düşüblər.

Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov APA-ya açıqlamasında deyib ki, Azərbaycan idmançılarının London olimpiadasında uğurla çıxış edəcəklərinə ümid edir.

İdmançıları Londona nazirlik və federasiyaların əməkdaşları yola salıblar.