İsrail təyyarəsi Qəzzəni vurub

İsrailin pilotsuz təyyarəsinin Qəzzə bölməsini vurması nəticəsində 1 fələstinli ölüb, 1-i isə yaralanıb.

Bu barədə şahidlər və yerli həkimlər xəbər verirlər.

Onların sözlərinə görə ölən Milli Müqavimət Komitəsinin üzvüdür.

İsrail komandanlığı əməliyyatı təsdiqləsə də əlavə şərh verməyib.

Bölgədə vəziyyət gərgin olaraq qalır.

Fələstin yaraqlıları iyunda İsrail ərazisinə onlarla raket atıb.

Öz növbəsində İsrail hərbçiləri buna cavab olaraq bir neçə reyd keçirib.

Nəticədə 15 fələstinli ölüb.