London-2012: Güləşçilər hələ ki qələbə qazanır

Avqustun 5-də London Olimpiadasında azərbaycanlı güləşçi Rövşən Bayramov ABŞ idmançısı Tomas Spenser Manqo üzərində qələbə əldə edib - 4:0. Bayramov növbəti mərhələdə Çin idmançısı Li Şujinlə güləşəcək.

O, 1/16 finalda rusiyalı Minqiyan Semenovu üstələmişdi - 3:0.

İlk mərhələdən azad olan Emin Əhmədov 1/8 finalda xorvatiyalı rəqibi Neven Zugajlanı məğlub edib. Onun növbəti rəqibi gürcüstanlı Zurabi Datunaşvili olacaq.