Marilyn Monroenin ölümündən 50 il ötür

Marilyn Monroe

Məşhur amerikalı aktrisa Marilyn Monroenin ölümündən 50 il ötür.

Əsil adı Norma Jean olan Marilyn Monroe 1926-cı il iyunun 1-də Kaliforniyada anadan olub.

İlk vaxtlar kiçik rollarda, çəkilən Marilyn 1949-cu ildə "Love Happy" filmindən sonra uğur qazanır.

"Niaqara", "Gentlemen prefer blondes", "How to Marry A Millionaire" adlı filmlərdən sonra isə şöhrəti daha da artır.

1956-ci ildən sonra aktrisa narkotik və alkoqola alüdə olur və bu karyerasına pis təsir göstərməyə başlayır.

Psixoloji problemlər içində özünü unudan, Marilyn Monroe 21 İyun 1961-ci ildə üçüncü yoldaşından da ayrılır və 1962-ci il avqustun 5-də Brentwooddaki evində ölü tapılır.

Əfsanəvi ulduz avqustun 8-də Kaliforniyada dəfn olunub.

Ölümündən sonra da unudulmayan gözəl ulduz, 1999-ci ildə People Maqazin tərəfindən
"Dünyanın Ən Seksual Qadını" və elə həmin il “Playboy” jurnalı tərəfindən 20-ci əsrin ən seksual ulduzu seçilir.

Marilyn Monroe qısa karyerası dövründə xeyli filmə çəkilib.