Usain Bolt 100 metr məsafəni 9,63 saniyəyə qaçıb

London Olimpiya Oyunlarında yamaykalı Usain Bolt 100 metr məsafəni 9,63 saniyəyə qaçıb. O həm də Olimpiya rekordu göstərib.

Yamaykalı atlet bununla da ən sürətli qaçan atlet titulunu əldən vermədi.

Atletlərin yarışını 80 min adam izləyib. Gümüş medalçı da yenə yamaykalı Yohan Blake oldu. O, 100 metr məsafəni 9,75 saniyəyə qət edib. ABŞ-dan Justin Gatlin 100 metr məsafəni 9,79 saniyəyə qət edərək bürünc medal qazanıb.