Bakıda 40 dərəcə isti olacaq

Avqustun 7-də Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindəm verilən məlumata görə, şimal küləyi əsəcək, havanın temperaturu gecə 23-27, gündüz 36-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 21-26, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 7 və 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir yaranan durğun hava şəraiti fonunda gündüz güclü isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.