Kanar adalarında yanğın olub

İspaniyanın Kanar adalarında yanğın olub. Yanğın nəticəsində 4 hektardan çox ərazi yanıb.

Həmin ərazilərin birində UNESCO-nun dünya irs siyahısına daxil olan milli park da var. Gomer adasındakı bu milli parkda yüzlərlə bitki növü var. Onlardan çoxu nadir növlərdir.

Yanğın ötən şənbə günündən başlayıb.