250 riyaziyyat müəllimi işə götürülüb

2012-2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş riyaziyyat imtahanının nəticələri məlum olub.

Təhsil Nazirliyi bildirir ki, 1-3 avqust tarixlərində keçirilmiş növbəti imtahanın nəticələrinə görə, 250 nəfər riyaziyyat müəllimi işə qəbul olunub.

İngilis dili fənni üzrə imtahanlar avqustun 6-dan 10-dək davam edəcək. İmtahanda 2731 nəfər namizəd 247 vakant yer üzrə mübarizə aparacaq.