Naqasaki ABŞ-ın atom bombasının qurbanlarını yad edir

Bu gün Nagasaki şəhərində II Dünya müharibəsinə son qoyan atom bombalamasının 67-ci ildönümü qeyd olunur.

Nagasaki meri Tomihisa Taue 1945-ci il avqustun 9-da ABŞ-ın bombalaması nəticəsində həlak olan 74000-ə qədər insanlar üçün anım mərasimində çıxış edib.

O, martın 11-də baş verən 9 ballıq zəlzələdən sonra Fukuşima əyalətindəki atom elektrik stansiyasında partlayış nəticəsində ziyan çəkmiş insanlara da öz yardımını vəd edib.

O həmçinin Yaponiya mərkəzi hökumətinə müraciət edib ki, “cəmiyyəti radioaktivlik qorxusundan azad etmək üçün yeni enerji siyasətini hədəf götürsün”.

Mərasimində çıxış edən baş nazir Yoshihiko Noda nüvə silahlarının ləğvinə çağırıb.