AzadlıqFM proqramında Akif İslamzadə özünə «Facebook» səhifəsi açdı. 1 saat ərzində ora göndərilən dostluq müraciətlərini canlı yayımda qəbul etdi.
AzadlıqFM proqramında müğənni Akif İslamzadə özünə «Facebook» səhifəsi açdı. 1 saat ərzində ora göndərilən dostluq müraciətlərini canlı yayımda qəbul etdi.
Və əlbəttə radio dinləyicilərinin, «Facebook» əhlinin suallarına cavablandırdı.
Akif İslamzadənin ilk virtual dostu 24 yaşlı Günay Kərimova oldu. O, canlı efirə telefonla qoşularaq dedi ki, müğənninin sosial şəbəkəyə qoşulacağını biləndə çox sevinib:
«Ümid edirəm ki, Akif bəy aktiv istifadəçi olacaq».
Akif İslamzadə isə ona dostluq təklif edən heç kimə «yox» deməyəcəyini söylədi:
«Sənə əl uzadırlarsa, o əli tutmalısan».
- Akif bəy, bəzi müğənnilər hakim partiyaya daxil olurlar. Buna necə yanaşırsınız?
- Bu əqidədən axıra qədər dönməsələr, dəstəkləyərəm. Hakim partiya dəyişəndə, yenə də hakimiyyətin yanında olmaqdısa, hakim dairəyə yararlanmaqdısa.... bunu dəstəkləmirəm.
- Amma Siz özünüz də ictimai proseslərdə bir o qədər aktiv görünmürsüz. Dəvət eləmirlər yığıncaqlara, ya təşəbbüs göstərmirsiz?
- Niyə? Ziyalılar Forumu dəvət eləmişdi bir dəfə, getdik, otel qapılarını bağladı. Mən siyasi fəaliyyətdən kənarda deyiləm. Heç vaxt da olmayacam.
- Akif bəy, nazirlərdən biri Sizin müalicənizə yüksək məbləğdə pul ayırıb...
- Bəli, Kəmaləddin Heydərov.
- Bu vəsaiti dövlət büdcəsindən ayırmışdı?
- Yox, öz şəxsi vəsaitindən verib. Mən bunun üçün ona təşəkkür edirəm.
- Akif bəy, uzun müddət müxalifətdə olan bir şəxssiz. Fikirləşmədiz ki, ayda 1500-2000 manat civarında maaş alan bir nazir bu vəsaiti hansı büdcədən verir?
- Dövlət büdcəsindən olmayıb. Bir biznes adamı kimi verib bu pulu.
- Axı nazirlərə qanunla bizneslə məşğul olmaq qadağandır.
- Qanunla deyirsiz... Bilmirəm... İndi sabah hansı qüvvə hakimiyyətə gəlsə, bizneslə məşğul olacaq. Bircə bizim hakimiyyət – cəbhə hakimiyyəti bizneslə məşğul olmadı. Elə bu da bizim böyük səhvimiz olub.
- Akif İslamzadə pərəstişkarlarının hansı hərəkətindən özünü təhqir olunmuş sayır?
- O, həyat yoluna baxanda nədən təəssüflənir?
- Niyə Azərbaycanda monarxiya qurulmasını istəyir?
- Yuxuda hansı mahnısını oxuduğunu görür?