Türkiyədə helikopter qəzaya düşüb

Türkiyədə helikopterin qəzaya düşməsi nəticəsində 5 adam həlak olub. Onlardan 3-ü Rusiya vətəndaşıdır. Onlar da ekipaj üzvləri olub.

Helikopter Türkiyədəki meşə yanğınları üçün kirayəyə götürülübmüş.

Helikopter dağa dəyib və dərəyə düşüb. Qəzanın səbəbləri hələlik məlum deyil.