Meksikada daha 14 adam narkoticarətin qurbanı olub

Meksikanın San Luis Potosi ştatında 14 kişi meyiti tapılıb.

Son illər Meksikanın şimalında bu cür qətllərlə tez-tez rastlaşmaq olur. Bu qətllər narkotik ticarəti ilə bağlıdır.

Son 6 ildə Meksikada narkobizneslə məşğul olan qruplaşmalar arasında baş verən silahlı qarşıdurmalarda 50 mindən artıq adam həlak olub.

Hakimiyyət orqanlarının narkoticarətlə mübarizəsi əhəmiyyətli nəticə vermir.