"Neftçi"nin rəqibi Kipr APOEL`idir

UEFA Avropa Liqasının loqosu

-

UEFA Avropa Liqasinin play-off mərhələsində "Neftçi"nin rəqibi Kiprin APOEL klubu oldu. Bu, avqustun 10-da İsveçrədə keçirilən püşkatmadan sonra məlum olub.

Oyunlar avqustun 23-də Kiprdə və 30-da Bakıda keçiriləcək.

Cütün qalibi UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.