Avqustun 10-da Avropa Birliyi ölkələrinin səfirləri Minskin İsveç səfirini ölkədən qovması ilə yaranan diplomatik gərginliyi müzakirə edirlər.
Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton deyib ki, diplomatlar Minskin addımlarına Avropa Birliyinin mümkün cavablarını müəyyən edəcəklər. Bu cavablardan biri kimi 27 Avropa Birliyi ölkəsinin Belorusdakı səfirliklərini bağlamaları ola bilər.
AzadlıqRadiosunun əldə etdiyi sənədlərə görə Avropalı diplomatlar daha çox oktyabr ayında Belorusa qarşı sanksiyalar yenidən nəzərdən keçirilərkən İsveç səfirinin qovulması da Minskə qarşı ağırlaşdırıcı hal kimi nəzərdən keçirilə bilər.
Bu yaxınlarda İsveçdən olan bir ictimai əlaqələr qurumu təyyarə ilə Belorus üzərinə 800 oyuncaq atıb. Oyuncaqlarda söz azadlığına çağırışlar səslənirdi. Bundan sonra Belorus İsveç səfirini və diplomatik nümayəndələrini ölkədən çıxarıb. İsveçdə Belorus səfirini Minskə qaytarıb.