Obama olimpiadada iştirak edən müsəlman qadınları təbrik edib

ABŞ prezidenti Barack Obama London Olimpiadasında iştirak edən müsəlman qadınları təbrik edib.

Obama cümə günü Ramazan bayramı münasibətilə Ağ evdə keçirdiyi görüşdə bildirib ki,
Olimpiada tarixində ilk dəfədir ki, bütün komandaların heyətində qadın var və bu əksər müsəlman ölkələrinin yarışlara qadın idmançılar göndərməsi ilə bağlıdır.

Obama qeyd edib ki, biz bu faktı alqışlamalıyıq.

Bu ilki Olimpiadada ilk dəfədir ki, Səudiyyə Ərəbistanı, Qətər və Bruneydən qadın idmançılar da iştirak edir.