Respublikaçılar vitse-prezidentliyə namizədlərini açıqladı

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Mitt Romney partiyadan vitse-prezidentliyə namizədin adını açıqlayıb.

Bu Viskonsin ştatından olan 42 yaşlı konqresmen Paul Ryandır.

O respublikaçıların mühavizəkar qanadını təmsil edir.

Birləşmiş Ştatlarda növbəti prezident seçkisi noyabrın 6-da olacaq.

Romney hazırda Virciniya, Şimali Karolina, Florida və Ohayo ştatlarında seçkiqabağı kampaniyalar keçirir.

Son ictimai rəy soruğlarına görə hazırkı prezident Barack Obama rəqibi Mitt Romneyi bir qədər üstələyir.