Əfqanıstanda rayon rəhbəri öldürülüb

Bu gün Əfqanıstanın Laqman əyalətində törədilmiş partlayışda rayon rəhbərlərindən biri
Faridullah Niazi də daxil olmaqla 3 nəfər ölüb.

Rayon rəhbəri işə gedərkən maşını yolda minaya düşüb.

Nəticədə onun özü, mühavizəçisi və yerli ağsaqqallardan biri həlak olub, maşında olan 1 nəfərsə yaralanıb.

Bundan əvvəl rayon rəhbərinə bir neçə dəfə hücum edilib.