82 yaşlı George Soros evlənmək eşqinə düşüb

Tanınmış milyardçı George Soros evlənmək eşqinə düşüb.

O bunu Nyu-York ştatındakı iqamətgahında 82 yaşını qeyd edərkən bəyan edib.

Soros bu dəfə 40 yaşlı Tamiko Boltonla evlənəcək.

Bu Sorosun 3-cü, Boltonun isə ikinci nigahı olacaq.

Əvvəlki nigahlardan Sorosun 5 uşağı var.

Sorosun əvvəlki dostu, braziliyalı aktrisa Adriana Ferreira ötən oil onu məhkəməyə verib.

Adriana Sorosu vədini pozmaqda, ona mənzil almamaqda günahlandırır.

Soros isə məhkəmədən iddianın rədd edilməsini xahiş edib.