Azərbaycan İrana humanitar yardım təklif edib

Azərbaycan İrana şənbə günü baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün humanitar yardım təklif edib. Bu barədə Trend-ə XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev məlumat verib.

İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 300-ü, yaralıların sayı isə 2 min nəfəri keçib.

Zəlzələnin episentri olan Əhər, Vərzegan və Həris rayonlarında 110 kəndin tamamilə və ya qismət dağıldığı bildirilir.