ABŞ gəmisi Hörmüz yaxınlığnda tankerlə toqquşub

ABŞ hərbi dəiz qüvvələrinin raket daşıyan gəmisi Hörmüz boğazı yaxınlığında Panama bayrağı altında üzən neft tankeri ilə toqquşub.

Nəticədə hərbi gəmiyə yüngül xəsarət dəyib.

ABŞ komandanlığı neft tankerindən sızma müşahidə olunmadığını deyir.

Qəzanın səbəbi araşdırılır.

Hərbi gəmi Birləşmiş Ştatların Bəhreyndəki 5-ci donanmasına məxsusdur.