«Quran»a aid rəsmlər nümayiş etdirilib

-
Astara rayon Tarix Diyarşünaslıq Muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyevin «Quran»ın surələrinə həsr etdiyi rəsm əsərləri nümayiş etdirilib.

Rəsm əsərləri «Quran»ın 114 surəsinin 16-sını əhatə edir. Rəssam «Quran»ın bütün surələrinə aid rəsm əsəri çəkəcəyini bildirib.

Firudin Quliyev deyib ki, bu mövzuya Azərbaycanda birinci dəfədir müraciət olunur.