Əfqanıstan ərazisi Pakistan tərəfdən atəşə tutulub

Əfqanıstan hakimiyyəti sərhəddəki nızarət-buraxılış məntəqəsinin Pakistan tərəfdən artileriya atəşinə tutulduğunu deyir.

Əfqanıstan tərəfi cavab atəşi açıb və döyüş 2 saatdan çox davam edib.

Əfqanıstan daxili işlər nazirliyinin məlumatına görə, xəsarət alan olmayıb.

Məlumatlara görə, Əfqanıstan tərəfinə 50-ə yaxın mərmi düşüb.

Son aylar Əfqanıstan-Pakistan sərhəddində vəziyyətin gərginləşdiyi müşahidə olunur.

Kabil vaxtaşırı ölkə ərazisinin Pakistan tərəfdən atəşə tutulduğunu deyir.