Suriya rejimi ölkənin 30 faizinə nəzarət edir

Bashar Assad rejimi ölkənin cəmi 30 faizinə nəzarət edir.

Bunu İordaniyaya qaçmış Suriyanın keçmiş baş naziri Riyad Hijab Ammanda keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Suriya rejimi hərbi, iqtisadi və mənəvi baxımdan iflas olub və onun yıxılması qaçılmazdır.

O üsyançıları Bashar Assada qarşı mübarizəni davam etdirməyə çağırıb.

Hökumət qoşunları paytaxt Dəməşq və Hələb şəhərində gedən döyüşlərdə tank və hərbi təyyarələrdən istifadə edir.

Suriyadakı beynəlxalq müşahidəçilərin rəhbəri Babakar Qe bildirib ki, münaqişə getdikcə yayılır və bunun qarşısı alınmalıdır.

BMT-nin hümanitar məsələlər üzrə idarəsinin rəhbəri Valerie Amos Suriyada yaranmış hümanitar böhranı müzakirə etmək üçün bu ölkəyə gedib.

Səəduyyə Ərəbistanında isə İslam Əməkdaşlıq Təşkilatının 2 günlük sammiti başlanır.

Sammitdə Suriyanın təşkilata üzvlüyünün dayandırılması məsələsi də müzakirə olunacaq.