Ermənistan Azərbaycan əsgərinin ölümündə əli olmadığını deyir

Ermənistan komandanlığı Azərbaycan əsgərinin Ermənistan tərəfdən açılan atəş nəticəsində həlak olması barədə Azərbaycan mətbuatının yaydığı məlumatları təkzib edib.

Söhbət Azərbaycan əsgəri Ruşan Mirzəməhəmmədin cəbhənin Ağdam istiqamətində həlak olmasından gedir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.

/Turan/