Metronun «İçərişəhər» stansiyasında hərəkət bərpa olunub

"İçərişəhər" stansiyası

Bakı Metropoliteninin «İçərişəhər» stansiyasında elektrik şəbəkəsində baş vermiş alışma zamanı zərər çəkən olmayıb.

Bunu APA-ya açıqlamasında Metropolitenin baş mühəndisi Elbrus Muradov bildirib.

Onun sözlərinə görə, saat 17:28-də «28 May» və «İçərişəhər» stansiyaları arasında 6
KV-luq yüksək gərginlikli elektrik xəttindəki ayırıcıda yanğın və tüstülənmə olduğundən hərəkət dayandırılıb.

Təxminən 20 dəqiqədən, Stansiya və tuneldən tüstü sorulduqdan sonra hərəkət bərpa olunub.