Karzai istefaya göndərilmiş naziri müşavir təyin etdi

Əfqanıstan prezidenti Hamid Karzai keçmiş müdafiə naziri Abdul Rahim Vardakı özünə müşavir təyin edib.

Vardak bu günlərdə parlamentin qərarı ilə müdafiə naziri vəzifəsindən istefaya göndərilib.

Prezidentin yeni fərmanına əsasən o silahlı qüvvələrin inkişafı və hərbi islahatlarla məşğul olacaq.

Parlament daxili işlər naziri Bismillah Mohammadı da istefaya göndərib.

Deputatlar onları səriştəsizlik və korrupsiyada ittiham edirlər.