PKK Türkiyə millət vəkilini azad etdi

Foto arxiv

PKK yaraqlıları Türkiyə Böyük Millət Məclisinin üzvü Hüseyn Aygünü bu gün azad ediblər.
Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Hüseyn Aygün avqustun 12-i, axşam saatlarında Tuncelinin Ovacık rayonunda kürd yaraqlıları tərəfindən oğurlanmışdı.

Türkiyə, ABŞ və Avropa Birliyi PKK-nı terroçu təşkilatlar siyahısına salıb.

PKK yaraqlıları uzun illərdi ki, Türkiyənin cənub-şərqində müstəqillik uğrunda silahlı mübarizə aparırlar.

1984-cü ildən bu yana gedən toqquşmalarda təxminən 45 min adam ölüb.