Azərbaycanda neft və qaz ixracı aşağı düşüb

Azərbaycanda ilin ilk 7 ayı ərzində neft və qaz ixracı aşağı düşüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 7 ay ərzində 19 milyon ton neft ixrac olunub. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8 faiz azdır.

Qaz ixracı isə 17 faiz azalıb. 3,27 milyard kub metr həcmində olub.

Azərbaycanın Gürcüstan, Türkiyə, Rusiya və İrana ixrac etdiyi qaz hasilatında isə 7,7 faiz artım olub. 10,3 milyard kub metrə çatıb.